Memarlıq və konstruktiv layihələndirmə şirkəti, Bakı

Layihədən reallığa

Memarlıq, konstruksiya, mühəndis sistemləri, smeta və tikintinin təşkili üzrə kompleks həllər.

Kursoru binanın üzərində gəzdirin — layihəni görün

2022ildən fəaliyyətdəyik
20+layihələndirməyə aid xidmət bir komandada
150+uğurlu layihə
10+mühəndis və memar

Bir layihə. Bir koordinasiya xətti.

Memarlıq, daşıyıcı konstruksiya, MEP, smeta və tikinti planı paralel deyil, qarşılıqlı əlaqədə hazırlanır. Nəticə — daha az toqquşma, daha dəqiq həcm və daha idarəolunan icra.

Xidmətlərimiz bir baxışda

Memarlıqdan konstruksiyaya, mühəndis şəbəkələrindən interyer və landşafta qədər — hamısını bir komanda, bir-biri ilə uzlaşdırılmış şəkildə hazırlayır.

Bütün 23 xidmət
  • İnteryer dizaynı

    Ev, mənzil, ofis, klinika və kommersiya məkanları üçün funksional və estetik həll.

    • Ölçmə və mebel planı
    • Konsepsiya və 3D vizualizasiya
    • Material, rəng və işıq seçimi
    • Usta üçün işçi çertyojlar
    Ətraflı
  • Eksteryer və fasad dizaynı

    Yeni bina və ya mövcud binanın yenilənməsi üçün fasad konsepsiyası.

    • Fasad konsepsiyası və 3D görünüşlər
    • Daş, ventfasad, suvaq, kompozit, şüşə
    • Giriş qrupu və fasad işıqlandırması
    • İcra düyünləri və fasad çertyojları
    Ətraflı
  • Landşaft dizaynı və abadlıq

    Həyət, villa, park və ictimai məkanların baş planı.

    • Zonalaşdırma və baş plan
    • Ağac və bitki seçimi
    • Cığırlar, meydançalar, kiçik memarlıq formaları
    • Suvarma və açıq məkan işıqlandırması
    Ətraflı
  • Memarlıq layihəsi

    Fərdi ev, villa, yaşayış və ictimai binalar — eskizdən işçi layihəyə qədər. Fərdi ev üçün 1,50 AZN/m²-dən.

    • Planlar, fasadlar, kəsiklər
    • Məlumatlandırma icraatı üçün layihə
    • Mövcud evin rəsmiləşdirilməsi
    • İmza-möhürlü albom
    Ətraflı
  • Konstruktiv layihə

    Bünövrə, karkas, dəmir-beton və metal konstruksiyalar, seysmik hesab. 3 AZN/m²-dən.

    • LIRA-SAPR, SCAD, ETABS hesabları
    • Bünövrə və karkas çertyojları
    • Gücləndirmə və mərtəbə artırma
    • Lift şaxtaları
    Ətraflı
  • Mühəndis şəbəkələri (MEP)

    Binanın bütün daxili və xarici şəbəkələri, bir-biri ilə uzlaşdırılmış.

    • Su təchizatı və kanalizasiya
    • Qaz təchizatı
    • Elektrik, birxətli sxem, zəif axın
    • İsitmə, havalandırma, kondisioner (HVAC)
    Ətraflı
  • Enerji effektivliyi pasportu

    1 yanvar 2027-dən binalar üçün məcburi. Energetika Nazirliyində qeydiyyatlı tərtibatçıyıq.

    • Enerji sinfinin hesablanması
    • Pasportun tərtibi
    • Ekspertiza üçün sənədlər
    • Yeni və mövcud binalar
    Ətraflı
  • Smeta və layihə-smeta sənədləri

    Dövlət və özəl sifarişçilər üçün tam LSS paketi — müsbət ekspertiza rəyinə qədər.

    • Smeta və həcmlər cədvəli (BOQ)
    • Tikintinin Təşkili Layihəsi (TTL) — 100 AZN-dən
    • Əsaslı təmir layihələri
    • Dövlət ekspertizasında müşayiət
    Ətraflı
  • 23Bütün 23 xidmətSiyahıya bax

Layihənin qiymətini 5 saniyəyə hesablayın

225 AZN

Təxmini başlanğıc qiymət. Dəqiq qiymət obyektə baxışdan sonra.

Mərhələlər ölçülə bilən nəticəyə bağlanır

  1. 01İlkin konsultasiya
  2. 02Layihə tələblərinin toplanması
  3. 03Əraziyə baxış və texniki qiymətləndirmə
  4. 04Konsepsiyanın hazırlanması
  5. 05Memarlıq və mühəndis hesablamaları
  6. 06Smeta və həcm hesablamaları
  7. 07Sənədlərin hazırlanması və uzlaşdırılması
  8. 08Layihənin yekun təhvili
  9. 09Müəllif nəzarəti və icra dəstəyiİstəyə görə

Səlahiyyət sənədlə təsdiqlənir.

BOOKKEEPERS GROUP-un layihələndirmə fəaliyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş rəsmi lisenziya ilə təsdiqlənir.

Lisenziya №
EL-870/2023
Verilmə tarixi
30.10.2023
Verən orqan
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Lisenziyamız
BakıGöygölŞirvanCəlilabadKürdəmirDaşkəsənTovuzZaqatalaNeftçala

Təsdiqlənmiş layihələr

Rayon icra hakimiyyətləri, kommunal müəssisələr və özəl sifarişçilər üçün hazırlanmış, Dövlət Baş Ekspertizadan keçmiş layihələr.

Bütün layihələr

Azərbaycan2026

Məlumatlandırma icraatı üçün layihələndirmə

  • Memarlıq

Məlumatlandırma icraatı üçün münasib qiymətlərlə artıq 100-dən artıq fərdi yaşayış evi üçün layihələndirmə işləri tamamlanıb. Bütün normativlərə uyğun olaraq layihələr hazırlanmaqla evlərə rahat şəkildə çıxarış almaq mümkündür. Hər ev üçün sahə ölçülür, memarlıq-planlaşdırma bölməsi (baş plan, mərtəbə planları, fasadlar və kəsik) hazırlanır və sənədlər e-tikinti portalına təqdim üçün tərtib olunur. Layihələndirmənin qiyməti 1,50 AZN/m²-dən başlayır; dəqiq məbləğ evin sahəsi və mövcud sənədlər nəzərdən keçirildikdən sonra bildirilir.

Layihəyə bax

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.