Bütün xidmətlər

Evə çıxarış almaq üçün layihə

Ev tikilib, amma sənədi yoxdur? Çıxarış almaq üçün evin faktiki vəziyyətini əks etdirən lisenziyalı layihə lazımdır. Yerində ölçmə aparır, çertyojları hazırlayır və albomu imza-möhürlə təhvil veririk.

Qiymət
1,50 AZN / m²-dən
Mövcud evin rəsmiləşdirilməsi üçün layihə

Kimə lazımdır

  • Evi sənədsiz tikənlər
  • Evini genişləndirib, sənədi yeniləmək istəyənlər
  • Evi satmaq, girov qoymaq və ya miras rəsmiləşdirmək istəyənlər
  • Torpağın bir hissəsini faktiki istifadə edənlər (hüquqi və faktiki sahə fərqli olduqda)

Layihədə nə göstərilir

  • Evin faktiki ölçüləri, mərtəbələr və hündürlük
  • Otaqların sahəsi və təyinatı (explikasiya)
  • Fasadlar və kəsiklər
  • Torpaq sahəsi: hüquqi sənədlə təsdiqlənmiş və faktiki istifadə olunan hissə ayrıca
  • Texniki-iqtisadi göstəricilər

Necə işləyirik

  1. 01Sənədləri yoxlayırıq (pulsuz)
  2. 02Yerində ölçmə
  3. 03Mövcud vəziyyət çertyojları
  4. 04Sizinlə yoxlama
  5. 05İmza-möhürlü albom və elektron nüsxə
  6. 06Müraciət üçün dəstək

Tez-tez verilən suallar

Ölçmə nə qədər çəkir?

Adi fərdi ev üçün ölçmə bir gündə aparılır.

Layihənin qiyməti necə hesablanır?

Qiymət evin ümumi sahəsinə görə hesablanır: 1 m² üçün 1,50 AZN-dən. Məsələn, 150 m² ev üçün memarlıq layihəsi təxminən 225 AZN-dən başlayır. Konstruktiv hesablama 3 AZN/m²-dən ayrıca hesablanır.

Torpağın sənəddəkindən çox hissəsi istifadə olunursa?

Layihədə hüquqi sənədlə təsdiqlənmiş və əlavə faktiki istifadə olunan sahəni ayrıca cədvəldə göstəririk, məsələn 600 m² + 200 m² = 800 m².

Nümunə layihələr

Bütün layihələr

Azərbaycan2026

Məlumatlandırma icraatı üçün layihələndirmə

  • Memarlıq

Məlumatlandırma icraatı üçün münasib qiymətlərlə artıq 100-dən artıq fərdi yaşayış evi üçün layihələndirmə işləri tamamlanıb. Bütün normativlərə uyğun olaraq layihələr hazırlanmaqla evlərə rahat şəkildə çıxarış almaq mümkündür. Hər ev üçün sahə ölçülür, memarlıq-planlaşdırma bölməsi (baş plan, mərtəbə planları, fasadlar və kəsik) hazırlanır və sənədlər e-tikinti portalına təqdim üçün tərtib olunur. Layihələndirmənin qiyməti 1,50 AZN/m²-dən başlayır; dəqiq məbləğ evin sahəsi və mövcud sənədlər nəzərdən keçirildikdən sonra bildirilir.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.