Bütün xidmətlər

Əsaslı təmir layihəsi və smetası

Yaşayış binaları, məktəblər, xəstəxanalar və inzibati binaların əsaslı təmiri üçün layihə-smeta sənədlərini qüsur aktı əsasında hazırlayır və ekspertizadan keçiririk. BOOKKEEPERS GROUP — 2022-ci ildən fəaliyyət göstərən, İqtisadiyyat Nazirliyinin EL-870/2023 nömrəli lisenziyası ilə işləyən layihə bürosudur (Bakı, Arena Plaza).

Əsaslı təmir layihəsi: bina daxilində təmir həlləri

Nə edirik

  • Obyektə baxış və ölçmələr
  • Qüsur aktının təhlili və ya tərtibində köməklik
  • Memarlıq, konstruktiv gücləndirmə və mühəndis sistemləri həlləri
  • Smeta və həcmlər cədvəli
  • Tikintinin Təşkili Layihəsi (TTL)
  • Ekspertizadan müsbət rəy alınana qədər müşayiət

Hansı obyektlər

Çoxmənzilli yaşayış binaları (mənzil fondu), məktəb və bağçalar, xəstəxana və poliklinikalar, inzibati binalar, liftlər və lift şaxtaları, dam örtükləri, fasadlar, mühəndis şəbəkələri.

Təcrübə

Zaqatala və Tovuzda çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, xəstəxana lift şaxtaları üzrə layihə-smeta sənədləri hazırlamışıq. Layihədə yalnız qüsur aktında olan işlər göstərilir — bu, ekspertizada iradların sayını azaldır.

Mərhələlər

  1. 01Tapşırıq və qüsur aktı
  2. 02Baxış və ölçmələr
  3. 03Təmir həlləri və çertyojlar
  4. 04Smeta və TTL
  5. 05Ekspertizaya təqdim
  6. 06Müsbət rəy

Tez-tez verilən suallar

Əsaslı təmir üçün layihə mütləqdir?

Dövlət vəsaiti ilə aparılan əsaslı təmir üçün layihə-smeta sənədləri və ekspertiza rəyi tələb olunur.

Qüsur aktı olmadan başlamaq olar?

Qüsur aktı işlərin həcmini müəyyən edir. Yoxdursa, baxış zamanı onun tərtibinə kömək edirik.

Hansı bölgələrdə işləyirsiniz?

Bütün Azərbaycan üzrə: Bakı, Zaqatala, Tovuz, Göygöl, Şirvan, Kürdəmir, Daşkəsən, Cəlilabad və digər rayonlar.

Nümunə layihələr

Bütün layihələr

Zaqatala2026

Zaqatala Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Şəhərsalma və Baş Planlaşdırma

Şəhər ərazisində yerləşən kommunal binalarda (3 ədəd 5 mərtəbəli yaşayış binalarının əsaslı təmiri) təmir və bərpa işləri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Tovuz2026

Tovuz Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Şəhərsalma və Baş Planlaşdırma

Yerli xərclər hesabına Tovuz rayonunda mənzil fondunun (10 binadan ibarət 5 ədəd 5 mərtəbəli bina, 4 ədəd 3 mərtəbəli bina və 1 ədəd 2 mərtəbəli yaşayış binaları) əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Ege Hospital2025

Lift şaxtalarının layihələndirilməsi

  • Memarlıq
  • Konstruksiya
  • Dəmir-beton
  • Metal konstruksiyalar
  • Liftlər və şaquli nəqliyyat

"Ege Hospital" kimi yüksək mühəndislik dəqiqliyi tələb edən böyük layihələrdə qazandığımız təcrübə, sizə təqdim edəcəyimiz keyfiyyətin ən real zəmanətidir. Biz sadəcə cizgi çəkmirik, sizin və biznesinizin təhlükəsizliyini hesablayırıq! Layihələndirmə və rəsmi mühəndis rəyi xidmətləri üçün bizə müraciət edin. Obyektinizə peşəkar baxış və konsultasiya üçün hazırıq.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.