Bütün xidmətlər

ME-08Mühəndis sistemləri

Mühəndis-kommunikasiya sistemləri

Bütün mühəndis fənləri memarlıq və konstruksiya ilə koordinasiya edilərək tikinti zamanı toqquşmaların qarşısı alınır.

Mühəndis kommunikasiya sistemləri (MEP) — BOOKKEEPERS GROUP

Bütün mühəndis sistemləri bir layihədə

Mühəndis kommunikasiya sistemləri — elektrik təchizatı, su təchizatı və kanalizasiya, qaz, isitmə və havalandırma — memarlıq və konstruktiv layihə ilə eyni vaxtda hazırlanır. Bu, sistemlər arasında toqquşmaların qarşısını alır.

Niyə bütün mühəndis sistemləri bir komandada

Elektrik, su, kanalizasiya, qaz və HVAC ayrı-ayrı şirkətlər tərəfindən layihələndiriləndə xətlər tez-tez toqquşur: kanal tirdən keçir, boru elektrik lövhəsinin üstündən gedir. Bizdə üç MEP mühəndisi memar və konstruktorla eyni layihədə işləyir, ona görə toqquşmalar çertyoj mərhələsində həll olunur.

  • Elektrik təchizatı və işıqlandırma
  • Su təchizatı, kanalizasiya, qaz
  • İsitmə, ventilyasiya, kondisioner
  • Zəif axın və yanğın təhlükəsizliyi

Koordinasiyalı layihə nəticələri

  • Elektrik
  • Su və kanalizasiya
  • Qaz
  • HVAC
  • Koordinasiya olunmuş çertyojlar

Bu xidmət üzrə layihələr

Bütün layihələr

Neftçala2026

Neftçala RMX — mühəndis sistemlərinin əsaslı təmiri

  • Mühəndis sistemləri
  • Smeta

Neftçala Rayon Mərkəzi Xəstəxanasının poliklinika binası üçün əsaslı təmir işlərinin layihə-smeta sənədləri hazırlanır. Layihə dörd bölmədən ibarətdir: qazanxana, nasosxana, kanalizasiya şəbəkəsi və yanğın su anbarı. Sənədlər sifarişçinin qüsur aktı əsasında tərtib olunur: hər bölmə üzrə işçi çertyojlar, ətraflı izahlı vərəqlər, smeta və Tikintinin Təşkili Layihəsi hazırlanır və Dövlət ekspertizasına təqdim ediləcək. Layihə hazırda icra mərhələsindədir. Şəkildə — yenilənmiş qazanxananın layihə vizualizasiyası.

Layihəyə bax

Tez-tez verilən suallar

MEP layihəsi hansı obyektlər üçün lazımdır?

Fərdi evlərdən başlayaraq ofis, ticarət, sənaye və ictimai binalara qədər — mühəndis sistemi olan hər obyekt üçün.

Ayrı-ayrı bölmələri sifariş etmək olar?

Bəli, məsələn yalnız elektrik və ya yalnız qaz layihəsi.

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.