Bütün layihələr

Tovuz Rayon İcra Hakimiyyəti

Yerli xərclər hesabına Tovuz rayonunda mənzil fondunun (10 binadan ibarət 5 ədəd 5 mərtəbəli bina, 4 ədəd 3 mərtəbəli bina və 1 ədəd 2 mərtəbəli yaşayış binaları) əsaslı təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Yer
Tovuz
İl
2026
İstiqamətlər
  • Memarlıq
  • Smeta
  • Şəhərsalma və Baş Planlaşdırma
Tovuz Rayon İcra Hakimiyyəti, Tovuz

Digər layihələr

Bütün layihələr

Azərbaycan2026

Məlumatlandırma icraatı üçün layihələndirmə

  • Memarlıq

Məlumatlandırma icraatı üçün münasib qiymətlərlə artıq 100-dən artıq fərdi yaşayış evi üçün layihələndirmə işləri tamamlanıb. Bütün normativlərə uyğun olaraq layihələr hazırlanmaqla evlərə rahat şəkildə çıxarış almaq mümkündür. Hər ev üçün sahə ölçülür, memarlıq-planlaşdırma bölməsi (baş plan, mərtəbə planları, fasadlar və kəsik) hazırlanır və sənədlər e-tikinti portalına təqdim üçün tərtib olunur. Layihələndirmənin qiyməti 1,50 AZN/m²-dən başlayır; dəqiq məbləğ evin sahəsi və mövcud sənədlər nəzərdən keçirildikdən sonra bildirilir.

Layihəyə bax

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.