Bütün xidmətlər

Layihə-smeta sənədləri (LSS)

Smetanı çertyojlarla uyğun, ekspertizanın tələb etdiyi formatda hazırlayırıq. Smetaçılarımız memar və mühəndislərlə bir komandada işləyir. BOOKKEEPERS GROUP — 2022-ci ildən fəaliyyət göstərən, İqtisadiyyat Nazirliyinin EL-870/2023 nömrəli lisenziyası ilə işləyən layihə bürosudur (Bakı, Arena Plaza).

Layihə-smeta sənədləri: smeta cədvəli

LSS-in tərkibi

  • Layihə bölmələri (memarlıq, konstruktiv, mühəndis sistemləri)
  • Lokal və obyekt smetaları
  • Həcmlər cədvəli (BOQ)
  • Tikintinin Təşkili Layihəsi
  • İzahat qeydi

Kimə lazımdır

Rayon icra hakimiyyətləri, dövlət müəssisələri, tenderdə iştirak edən podratçılar, investisiya qərarı verən özəl şirkətlər.

Mərhələlər

  1. 01Tapşırıq
  2. 02Layihə bölmələri
  3. 03Həcmlərin hesablanması
  4. 04Smeta
  5. 05TTL
  6. 06Ekspertiza və müsbət rəy

Tez-tez verilən suallar

Smeta hansı normalarla hazırlanır?

Qüvvədə olan smeta normaları və qiymətləri əsasında, ekspertizanın tələb etdiyi formatda.

Hazır layihəyə yalnız smeta edirsiniz?

Bəli, mövcud çertyojlar əsasında smeta və BOQ hazırlayırıq.

Nümunə layihələr

Bütün layihələr

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.