Bütün xidmətlər

LS-15Memarlıq və dizayn

Landşaft, parklar və abadlıq

Bitki seçimi və yerləşdirilməsi iqlimə, funksiyaya və sahədən səmərəli istifadəyə əsaslanır; park və həyətyanı ərazilər bütöv sistem kimi planlaşdırılır.

Landşaft dizaynı, baş plan və abadlıq — BOOKKEEPERS GROUP

Baş plan və abadlıq

Landşaft dizaynı və abadlıq layihələrində ərazinin baş planı, zonalaşdırma, yaşıllıq, yollar və işıqlandırma hazırlanır. Göygöl, Şirvan və Cəlilabad üçün hazırladığımız baş planlar Dövlət Baş Ekspertizasından müsbət rəy alıb.

Abadlıq layihəsinə nə daxildir

  • Ərazinin baş planı və funksional zonalar
  • Səki, cığır və meydançaların örtükləri
  • Uşaq və idman meydançaları, kiçik memarlıq formaları
  • Yaşıllaşdırma və suvarma
  • Küçə işıqlandırması
  • Smeta və TTL ekspertizaya təqdim üçün

Göygöl, Şirvan və Cəlilabad abadlıq layihələri ekspertizadan müsbət rəy alıb.

Koordinasiyalı layihə nəticələri

  • Funksional zonalaşdırma
  • Bitki və ağac seçimi
  • Piyada marşrutları
  • Suvarma və işıq
  • Kiçik memarlıq formaları

Bu xidmət üzrə layihələr

Bütün layihələr

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Cəlilabad2026

Cəlilabad Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Cəlilabad və Göytəpə şəhərlərində abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında təmir işləri, Bayraq Meydanının ətrafında təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi davam edir. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Tez-tez verilən suallar

Rayon icra hakimiyyətləri üçün işləyirsiniz?

Bəli, abadlıq layihələrinin əsas hissəsi icra hakimiyyətləri və kommunal müəssisələr üçündür.

Özəl həyət üçün landşaft layihəsi edirsiniz?

Bəli, fərdi ev və bağ həyətləri üçün də.

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.