Bütün xidmətlər

Abadlıq layihəsi

Park, skver, həyətyanı ərazi, meydan və şəhər girişləri üçün abadlıq layihələri hazırlayırıq — baş plandan smeta və ekspertiza rəyinə qədər. BOOKKEEPERS GROUP — 2022-ci ildən fəaliyyət göstərən, İqtisadiyyat Nazirliyinin EL-870/2023 nömrəli lisenziyası ilə işləyən layihə bürosudur (Bakı, Arena Plaza).

Abadlıq layihəsi: park və yaşıllıq zonası

Layihənin tərkibi

  • Baş plan və şaquli planlaşdırma
  • Səki, yol və meydança örtükləri
  • Yaşıllaşdırma və suvarma
  • Küçə işıqlandırması
  • Uşaq və idman meydançaları, kiçik memarlıq formaları
  • Smeta, TTL və ekspertiza

Təcrübə

Göygöl, Şirvan, Cəlilabad və Kürdəmirdə abadlıq layihələri hazırlamışıq; Göygöl, Şirvan və Kürdəmir layihələri Dövlət Baş Ekspertiza İdarəsindən müsbət rəy alıb.

Mərhələlər

  1. 01Ərazinin baxışı və topoqrafiya
  2. 02Konsepsiya və baş plan
  3. 03Detallı həllər
  4. 04Smeta və TTL
  5. 05Ekspertiza
  6. 06Müsbət rəy

Tez-tez verilən suallar

Abadlıq layihəsinə nə qədər vaxt lazımdır?

Ərazinin ölçüsündən asılıdır; kiçik həyət və skverlər üçün bir neçə həftə.

3D vizualizasiya edirsiniz?

Bəli, sifarişçi ilə razılaşdırmaq üçün.

Nümunə layihələr

Bütün layihələr

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Cəlilabad2026

Cəlilabad Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Cəlilabad və Göytəpə şəhərlərində abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında təmir işləri, Bayraq Meydanının ətrafında təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi davam edir. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.