Bütün xidmətlər

EX-18Smeta, təşkil və yollar

Dövlət ekspertizasında müşayiət

Layihəni ekspertizaya təqdim edirik, ekspertlərin iradlarını cavablandırır, sənədləri düzəldir və prosesi müsbət rəy alınana qədər aparırıq.

Dövlət ekspertizasında müşayiət — BOOKKEEPERS GROUP

Müsbət ekspertiza rəyinə qədər

Ekspertiza mərhələsində vaxt çox vaxt iradlara görə itir. Biz sənədləri ekspertizanın tələb etdiyi formada hazırlayır, iradları qısa müddətdə cavablandırır və düzəlişləri edirik. Hazırda 7 layihəmiz Dövlət ekspertizasından müsbət rəy alıb.

Proses necə gedir

1. Sənədlərin yoxlanması və komplektləşdirilməsi 2. Ekspertizaya təqdimat 3. Ekspert iradlarının təhlili 4. Layihə və smetada düzəlişlər, cavab məktubu 5. Müsbət ekspertiza rəyinin alınması

Kimlər üçün

  • Rayon icra hakimiyyətləri və dövlət müəssisələri
  • Kommunal və tibb müəssisələri
  • Özəl sifarişçilər və podratçılar
  • Başqa şirkətin hazırladığı layihələr — əvvəlcə yoxlayırıq, sonra təqdim edirik

Nələri öz üzərimizə götürürük

  • Sənədlərin komplektləşdirilməsi
  • Ekspertizaya təqdimat
  • İradların cavablandırılması
  • Düzəlişlər
  • Müsbət rəyin alınması

Tez-tez verilən suallar

Başqa şirkətin layihəsini ekspertizadan keçirə bilərsinizmi?

Bəli. Əvvəlcə sənədləri yoxlayırıq, çatışmazlıqları göstəririk və lazım olan düzəlişləri edib təqdim edirik.

Ekspertiza haqqını kim ödəyir?

Dövlət ekspertizasının haqqını sifarişçi ödəyir. İradlar üzrə düzəlişləri isə biz edirik.

Neçə layihəniz müsbət rəy alıb?

Hazırda 7 layihəmiz Dövlət ekspertizasından müsbət rəy alıb, digərləri rəy mərhələsindədir.

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.