Bütün xidmətlər

Tikintinin Təşkili Layihəsi (TTL)

TTL tikintinin necə, hansı ardıcıllıqla və hansı resurslarla aparılacağını göstərir. Ekspertiza və tikinti icazəsi üçün tələb olunur. BOOKKEEPERS GROUP — 2022-ci ildən fəaliyyət göstərən, İqtisadiyyat Nazirliyinin EL-870/2023 nömrəli lisenziyası ilə işləyən layihə bürosudur (Bakı, Arena Plaza).

Qiymət
100 AZN-dən
Tikintinin təşkili layihəsi: tikinti baş planı

TTL-ə nə daxildir

  • İzahat qeydi
  • Tikinti baş planı (müvəqqəti binalar, anbarlar, kranlar, yollar)
  • Təqvim planı və işlərin ardıcıllığı
  • Texnika, material və işçi qüvvəsinə tələbat
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tədbirləri
  • Ətraf mühitin qorunması

Nə vaxt lazımdır

Yeni tikinti, əsaslı təmir, yol və abadlıq işləri üçün layihə-smeta sənədlərinin tərkibində. Dövlət sifarişli layihələrdə ekspertiza TTL-siz sənədləri qəbul etmir.

Mərhələlər

  1. 01Layihə və smetanın təhlili
  2. 02Tikinti baş planı
  3. 03Təqvim planı
  4. 04Resurs hesabları
  5. 05Təhlükəsizlik bölməsi
  6. 06Ekspertizaya təqdim

Tez-tez verilən suallar

TTL-in qiyməti nə qədərdir?

100 AZN-dən başlayır; obyektin həcmindən və mürəkkəbliyindən asılıdır.

TTL nə qədər vaxta hazırlanır?

Kiçik obyektlər üçün adətən bir neçə iş günü.

Başqa şirkətin layihəsinə TTL edirsiniz?

Bəli, layihə və smeta əsasında ayrıca TTL hazırlayırıq.

Nümunə layihələr

Bütün layihələr

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.