Bütün xidmətlər

AR-01Memarlıq və dizayn

Memarlıq layihələndirilməsi

Planlar, fasadlar, kəsiklər, ölçülər, cədvəllər və icra üçün tələb olunan texniki sənədlər vahid sistemdə hazırlanır.

Memarlıq layihələndirilməsi: eskiz və işçi layihə — BOOKKEEPERS GROUP

Eskiz layihəsindən işçi layihəyə qədər

Memarlıq layihələndirilməsi eskiz layihəsi ilə başlayır: planlaşdırma, həcm və fasad həlli razılaşdırılır. Sonra işçi layihə hazırlanır — planlar, fasadlar, kəsiklər, baş plan və icra üçün çertyojlar. 3D vizualizasiya sifarişçiyə binanı tikintidən əvvəl görməyə imkan verir.

Hansı obyektlər üçün

  • Fərdi yaşayış evləri və villalar
  • Çoxmənzilli yaşayış binaları
  • Ofis, ticarət və xidmət obyektləri
  • Sənaye və anbar binaları
  • İctimai binalar: məktəb, xəstəxana, inzibati binalar
  • Abadlıq, parklar və ictimai məkanlar

Koordinasiyalı layihə nəticələri

  • Baş plan və planlaşdırma
  • Fasad və kəsiklər
  • Texniki çertyojlar
  • 3D vizuallaşdırma
  • İşçi sənədlər

Bu xidmət üzrə layihələr

Bütün layihələr

Azərbaycan2026

Məlumatlandırma icraatı üçün layihələndirmə

  • Memarlıq

Məlumatlandırma icraatı üçün münasib qiymətlərlə artıq 100-dən artıq fərdi yaşayış evi üçün layihələndirmə işləri tamamlanıb. Bütün normativlərə uyğun olaraq layihələr hazırlanmaqla evlərə rahat şəkildə çıxarış almaq mümkündür. Hər ev üçün sahə ölçülür, memarlıq-planlaşdırma bölməsi (baş plan, mərtəbə planları, fasadlar və kəsik) hazırlanır və sənədlər e-tikinti portalına təqdim üçün tərtib olunur. Layihələndirmənin qiyməti 1,50 AZN/m²-dən başlayır; dəqiq məbləğ evin sahəsi və mövcud sənədlər nəzərdən keçirildikdən sonra bildirilir.

Layihəyə bax

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Cəlilabad2026

Cəlilabad Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Cəlilabad və Göytəpə şəhərlərində abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında təmir işləri, Bayraq Meydanının ətrafında təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi davam edir. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Tez-tez verilən suallar

Eskiz layihə ilə işçi layihənin fərqi nədir?

Eskiz layihə binanın planlaşdırmasını, həcmini və fasadını razılaşdırmaq üçündür. İşçi layihə tikinti üçün lazım olan bütün ölçüləri, detalları və digər bölmələrlə (konstruktiv, MEP) əlaqələndirilmiş çertyojları ehtiva edir.

Fərdi ev üçün memarlıq layihəsinin qiyməti nə qədərdir?

Fərdi ev layihəsi 1 m² üçün 1,50 AZN-dən başlayır. Dəqiq qiymət sahədən, mərtəbə sayından və layihənin tərkibindən asılıdır.

3D vizualizasiya da edirsiniz?

Bəli, istəyə görə fasadların və interyerin 3D vizualizasiyasını hazırlayırıq.

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.