Bütün xidmətlər

AY-16Smeta, təşkil və yollar

Avtomobil yollarının layihələndirilməsi

“Bookkeepers Group” MMC olaraq ölkədaxili avtomobil yollarının layihələndirilməsi xidmətini də uğurla həyata keçiririk. Bu günə qədər 13 ədəd avtomobil yolunun əsaslı təmiri layihələrini hazırlayaraq FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsinə təqdim etmişik. Keyfiyyətli layihələndirmə, normativ tələblərə uyğun sənədləşmə və peşəkar yanaşma ilə fəaliyyətimizi davam etdiririk.

Avtomobil yollarının layihələndirilməsi — BOOKKEEPERS GROUP

Yolların əsaslı təmiri

Avtomobil yollarının layihələndirilməsi topoqrafik ölçü işləri və qüsur aktı ilə başlayır. Sonra layihə-smeta sənədləri və tikintinin təşkili layihəsi hazırlanır. Kürdəmir və Daşkəsən layihələri FHN ekspertizasından müsbət rəy alıb.

Layihənin tərkibi

  • Topoqrafik çəkiliş və yerində ölçmələr
  • Qüsur aktı
  • Yolun plan və profili, en kəsikləri
  • Yol örtüyünün konstruksiyası, səkilər və bordürlər
  • Yağış suyunun axıdılması
  • Smeta, həcmlər cədvəli və TTL

Kürdəmir və Daşkəsən yol layihələrimiz FHN Dövlət Baş Ekspertizasından müsbət rəy alıb.

Bu xidmət üzrə layihələr

Bütün layihələr

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Daşkəsən2026

Daşkəsən Şəhər Kommunal Müəssisələri Kombinatı

  • Memarlıq
  • Smeta
  • Yollar və İnfrastruktur

Daşkəsən şəhərdaxili yolların (Şəhərin əsas küçəsinin - Heydər Əliyev prospektinin-1.1 km uzunluğunda) əsaslı təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Tez-tez verilən suallar

Hansı yollar üçün layihə hazırlayırsınız?

Şəhərdaxili küçələr, rayon yolları və həyətyanı ərazilər — əsaslı və cari təmir üçün.

Ekspertizaya təqdimi siz edirsiniz?

Bəli, sənədləri təqdim edir və iradları müsbət rəy alınana qədər aradan qaldırırıq.

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.