Bütün layihələr

Zaqatala Rayon İcra Hakimiyyəti

Şəhər ərazisində yerləşən kommunal binalarda (3 ədəd 5 mərtəbəli yaşayış binalarının əsaslı təmiri) təmir və bərpa işləri ilə əlaqədar layihə smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Yer
Zaqatala
İl
2026
İstiqamətlər
  • Memarlıq
  • Smeta
  • Şəhərsalma və Baş Planlaşdırma
Zaqatala Rayon İcra Hakimiyyəti, Zaqatala

Digər layihələr

Bütün layihələr

Azərbaycan2026

Məlumatlandırma icraatı üçün layihələndirmə

  • Memarlıq

Məlumatlandırma icraatı üçün münasib qiymətlərlə artıq 100-dən artıq fərdi yaşayış evi üçün layihələndirmə işləri tamamlanıb. Bütün normativlərə uyğun olaraq layihələr hazırlanmaqla evlərə rahat şəkildə çıxarış almaq mümkündür. Hər ev üçün sahə ölçülür, memarlıq-planlaşdırma bölməsi (baş plan, mərtəbə planları, fasadlar və kəsik) hazırlanır və sənədlər e-tikinti portalına təqdim üçün tərtib olunur. Layihələndirmənin qiyməti 1,50 AZN/m²-dən başlayır; dəqiq məbləğ evin sahəsi və mövcud sənədlər nəzərdən keçirildikdən sonra bildirilir.

Layihəyə bax

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.