Bütün xidmətlər

Məlumatlandırma icraatı üçün layihə

Fərdi yaşayış evinin tikintisi və ya mövcud evin rəsmiləşdirilməsi üçün məlumatlandırma icraatına uyğun layihə sənədləri. 100-dən çox ev üçün layihə hazırlamışıq.

Qiymət
1,50 AZN / m²-dən
Məlumatlandırma icraatı üçün fərdi ev layihəsi

Məlumatlandırma icraatı nədir

Məlumatlandırma icraatı fərdi yaşayış evlərinin tikintisi üçün sadələşdirilmiş qaydadır: tikinti icazəsi əvəzinə sifarişçi tikinti barədə müvafiq quruma məlumat verir və layihə sənədlərini elektron qaydada təqdim edir.

Qayda Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş tələblərə cavab verən fərdi evlərə şamil olunur. Evin bu qaydaya düşüb-düşmədiyini ilkin məsləhət zamanı pulsuz yoxlayırıq.

Biz nə hazırlayırıq

  • Torpaq sahəsində evin yerləşmə planı
  • Mərtəbə planları, fasadlar və kəsiklər
  • Texniki-iqtisadi göstəricilər və torpaq sahəsi cədvəli
  • Mövcud ev üçün yerində ölçmə və mövcud vəziyyət çertyojları
  • İmza-möhürlü albom, lisenziyanın surəti və elektron nüsxə

Mərhələlər

  1. 01Pulsuz ilkin məsləhət və sənədlərin yoxlanması
  2. 02Yerində ölçmə (mövcud ev üçün)
  3. 03Layihə albomunun hazırlanması
  4. 04Sizinlə yoxlama və düzəlişlər
  5. 05İmza-möhürlü albom və elektron fayllar
  6. 06Müraciət üçün dəstək

Tez-tez verilən suallar

Məlumatlandırma icraatı hansı evlərə aiddir?

Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tələblərə cavab verən fərdi yaşayış evlərinə. Konkret evin bu qaydaya uyğun olub-olmadığını torpaq sənədi və evin parametrləri əsasında yoxlayırıq.

Artıq tikilmiş ev üçün də olar?

Bəli. Mövcud evi ölçürük, faktiki vəziyyəti əks etdirən layihə hazırlayırıq və torpaq sahəsinin hüquqi və faktiki istifadə olunan hissələrini ayrıca göstəririk.

Müraciət haradan edilir?

Müraciət elektron qaydada təqdim olunur. Layihəni portalda tələb olunan formatda — PDF və imza-möhürlü səhifələrlə — hazırlayırıq.

Layihə nə qədər vaxta hazır olur?

Müddət evin ölçüsündən asılıdır və müqavilədə iş günləri ilə göstərilir.

Nümunə layihələr

Bütün layihələr

Azərbaycan2026

Məlumatlandırma icraatı üçün layihələndirmə

  • Memarlıq

Məlumatlandırma icraatı üçün münasib qiymətlərlə artıq 100-dən artıq fərdi yaşayış evi üçün layihələndirmə işləri tamamlanıb. Bütün normativlərə uyğun olaraq layihələr hazırlanmaqla evlərə rahat şəkildə çıxarış almaq mümkündür. Hər ev üçün sahə ölçülür, memarlıq-planlaşdırma bölməsi (baş plan, mərtəbə planları, fasadlar və kəsik) hazırlanır və sənədlər e-tikinti portalına təqdim üçün tərtib olunur. Layihələndirmənin qiyməti 1,50 AZN/m²-dən başlayır; dəqiq məbləğ evin sahəsi və mövcud sənədlər nəzərdən keçirildikdən sonra bildirilir.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.