Bütün xidmətlər

Yol təmiri layihəsi

Küçə və yolların əsaslı təmiri üçün layihə-smeta sənədlərini hazırlayırıq: plan, uzununa profil, en kəsiklər, örtük konstruksiyası, smeta və TTL. BOOKKEEPERS GROUP — 2022-ci ildən fəaliyyət göstərən, İqtisadiyyat Nazirliyinin EL-870/2023 nömrəli lisenziyası ilə işləyən layihə bürosudur (Bakı, Arena Plaza).

Yol təmiri layihəsi: asfalt yol

Tərkib

  • Ərazinin ölçülməsi
  • Plan, uzununa profil və en kəsiklər
  • Yol geyiminin konstruksiyası (asfalt, əsas, qum-çınqıl)
  • Səki, bordür, drenaj və yağış suları
  • Yol nişanları və nişanlanma
  • Smeta, həcmlər cədvəli və TTL

Təcrübə

Kürdəmirdə 12 küçənin əsaslı təmiri və Daşkəsəndə küçə yolları üzrə layihə-smeta sənədləri hazırlamışıq.

Mərhələlər

  1. 01Baxış və ölçmə
  2. 02Plan və profil
  3. 03En kəsiklər
  4. 04Smeta və TTL
  5. 05Ekspertiza
  6. 06Müsbət rəy

Tez-tez verilən suallar

Neçə küçəni bir layihədə etmək olar?

Bir layihədə bir neçə küçə birləşdirilə bilər — məsələn, Kürdəmirdə 12 küçə bir paketdə idi.

Tender sənədləri üçün smeta verirsiniz?

Bəli, smeta və həcmlər cədvəli tender üçün uyğun formatda hazırlanır.

Nümunə layihələr

Bütün layihələr

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Daşkəsən2026

Daşkəsən Şəhər Kommunal Müəssisələri Kombinatı

  • Memarlıq
  • Smeta
  • Yollar və İnfrastruktur

Daşkəsən şəhərdaxili yolların (Şəhərin əsas küçəsinin - Heydər Əliyev prospektinin-1.1 km uzunluğunda) əsaslı təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.