Bütün xidmətlər

Dövlət ekspertizasından müsbət rəy

Layihə-smeta sənədlərini hazırlayır və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən müsbət rəy alınana qədər müşayiət edirik. İradları operativ şəkildə aradan qaldırırıq.

Ekspertizadan müsbət rəy almış abadlıq layihəsi

Kimlər üçün

Rayon icra hakimiyyətləri, kommunal müəssisələr, dövlət sifarişi ilə işləyən podratçılar və özəl sifarişçilər üçün. Abadlıq, yol təmiri, binaların əsaslı təmiri, liftlər və mühəndis şəbəkələri üzrə layihələr.

Sənədlərin tərkibi

  • Ərazinin baş planı və memarlıq həlləri
  • Konstruktiv hesablamalar və çertyojlar
  • Mühəndis sistemləri (elektrik, su, kanalizasiya, qaz, HVAC)
  • Smeta və həcmlər cədvəli (BOQ)
  • Tikintinin Təşkili Layihəsi (TTL)
  • Qüsur aktı əsasında təmir həlləri

Nəticələr

Göygöl, Şirvan, Kürdəmir və Daşkəsən layihələri Dövlət Baş Ekspertiza İdarəsindən müsbət rəy alıb. Ekspertizanın iradlarını qısa müddətdə cavablandırır, düzəlişləri eyni komandada edirik — memar, konstruktor, MEP və smetaçı bir yerdə işləyir.

Mərhələlər

  1. 01Tapşırıq, qüsur aktı və ilkin məlumatların təhlili
  2. 02Ərazinin baxışı və ölçmələr
  3. 03Layihə bölmələri və smeta
  4. 04TTL və sənədlərin yığılması
  5. 05Ekspertizaya təqdim
  6. 06İradların aradan qaldırılması
  7. 07Müsbət rəy

Tez-tez verilən suallar

Ekspertiza nə qədər çəkir?

Müddət layihənin həcmindən və iradların sayından asılıdır. Biz iradları qısa müddətdə cavablandıraraq prosesi sürətləndiririk.

Ekspertiza irad versə nə olur?

İradları təhlil edir, düzəlişləri edir və sənədləri yenidən təqdim edirik. Bu iş müqavilənin daxilindədir.

Başqa şirkətin hazırladığı layihəni ekspertizadan keçirə bilərsiniz?

Bəli. Əvvəlcə sənədlərə baxıb onları qiymətləndiririk, sonra lazımi düzəlişləri və çatışmayan bölmələri təklif edirik.

Smeta hansı əsaslarla hazırlanır?

Qüvvədə olan smeta normaları və qiymətləri əsasında, ekspertizanın tələb etdiyi formatda.

Nümunə layihələr

Bütün layihələr

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Daşkəsən2026

Daşkəsən Şəhər Kommunal Müəssisələri Kombinatı

  • Memarlıq
  • Smeta
  • Yollar və İnfrastruktur

Daşkəsən şəhərdaxili yolların (Şəhərin əsas küçəsinin - Heydər Əliyev prospektinin-1.1 km uzunluğunda) əsaslı təmir işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə ölçü işləri aparılıb, Qüsur aktı hazırlanıb, Smeta, Tikintinin Təşkili Layihəsi və Memarlıq Həlli FHN TTNDA Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.