Bütün xidmətlər

QS-06Smeta, təşkil və yollar

Smeta və həcm hesablamaları

İlkin və detallı smetalar, iş həcmləri, əmək, texnika və material sərfi hesablanır. Sabit qiymət əvəzinə hər layihə ayrıca qiymətləndirilir.

Smeta, BOQ cədvəli və layihə-smeta sənədləri — BOOKKEEPERS GROUP

Ölçü işlərindən BOQ cədvəlinə qədər

Ərazidə ölçü işləri aparılır və qüsur aktı tərtib olunur. Bunun əsasında layihə-smeta sənədləri hazırlanır: smeta, BOQ cədvəli (həcm cədvəli) və materiallar cədvəli. Sənədlər FHN Dövlət Baş Ekspertizasına təqdim olunmaq üçün hazırlanır.

Hansı smetaları hazırlayırıq

  • Abadlıq və yol təmiri üzrə layihə-smeta sənədləri
  • Binaların əsaslı və cari təmiri üzrə smetalar
  • Yeni tikinti üçün smeta və BOQ
  • Tender sənədləri üçün həcmlər cədvəli
  • Qüsur aktı əsasında təmir smetaları

Koordinasiyalı layihə nəticələri

  • İş həcmləri
  • Material cədvəlləri
  • Əmək və texnika
  • Alternativlərin müqayisəsi
  • Büdcə optimallaşdırması

Bu xidmət üzrə layihələr

Bütün layihələr

Göygöl2026

Göygöl Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Göygöl şəhərdaxili abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən Bayraq Meydanının ətrafında əsaslı təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi, Şəhərin Mərkəzi stadionunda təmir işləri və Azay Kazımov küçəsi 21-ci məhəllədə yerləşən parkda təmir işləri görülməklə idman və uşaq əyləncə avadanlığının quraşdırılması nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Şirvan2026

Şirvan Şəhər Kommunal Kombinatı Müəssisəsi

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

Şirvan şəhərində abadlıq işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması. Layihəyə əsasən ərazidə yeni fitnes qurğuları, Uşaq əyləncə mərkəzləri, Taxta Skamyaların və əhali üçün zəruri infrastruktur qurğularının quraşdırılması nəzərdə tutulub. Yararsız örtüklərin (tamet, səki daşları, beton bort daşlarının) yenilənməsi nəzərdə tutulub. Tamamlanıb: ərazinin Baş Planları Tam Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsindən Müsbət Rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Cəlilabad2026

Cəlilabad Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Şəhərsalma və Baş Planlaşdırma

“Cəlilabad və Göytəpə şəhərlərində abadlıq işləri”nin layihə smeta sənədlərinin hazırlanması. Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında təmir işləri, Bayraq Meydanının ətrafında təmir işləri, 5 küçədə səkilərin və örtüklərin bərpasının layihələndirilməsi davam edir. Tamamlanıb: ərazinin Baş Planları, Smetalar, Tikintinin Təşkili Layihəsi Hazırlanıb və FHN TTNDA-nın Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən verilən iradlar operativ şəkildə aradan qaldırılmaqla müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Kürdəmir2026

Kürdəmir Rayon İcra Hakimiyyəti

  • Memarlıq
  • Smeta
  • Landşaft
  • Parklar və abadlıq
  • Yollar və İnfrastruktur
  • Şəhərsalma və Baş Planlaşdırma

Kürdəmir şəhərdaxili yolların əsaslı təmiri və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanması. Ərazidə Topoqrafik-ölçü işləri aparılaraq dəqiq qüsur aktı tərtib olunub. Layihə çərçivəsində 15-dən çox avtomobil yolunun asfaltlaşdırılması, 4-yol (Mərkəzi) dairənin əsaslı təmiri, Bakı prospektində kanalizasiya xəttinin çəkilişi, Heydər Əliyev prospektində səkilərin və bort daşlarının təmiri nəzərdə tutulub. Qüsur aktına əsasən smeta hesablanıb və Tikintinin Təşkili Layihəsi ilə birlikdə Memarlıq Həlli bölməsi FHN TTNDA Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunaraq müsbət rəy alınıb. Şəkildə — layihə vizualizasiyası.

Layihəyə bax

Tez-tez verilən suallar

Smeta ekspertizaya uyğun hazırlanır?

Bəli. Smeta qüvvədə olan normalar və qiymətlərlə, FHN Dövlət Baş Ekspertiza İdarəsinin tələb etdiyi formatda hazırlanır. Göygöl, Şirvan, Kürdəmir və Daşkəsən layihələri müsbət rəy alıb.

BOQ nədir?

BOQ (Bill of Quantities) — iş və material həcmlərinin cədvəlidir. Tender, podratçı seçimi və büdcə nəzarəti üçün istifadə olunur.

Smetanın qiyməti nədən asılıdır?

Obyektin həcmindən, iş növlərinin sayından və ölçü işlərinin tələb olunub-olunmamasından. Qiyməti layihəyə baxdıqdan sonra bildiririk.

Layihənizin texniki xəritəsini birlikdə quraq.

Plan, texniki sənəd və ya ilkin ideyanızı göndərin. Komanda uyğun xidmətlər üzrə layihə çərçivəsini formalaşdırsın.